"Ailə TV" player cihaznın yeni modeli təqdim olunub


Digərləri 05 Sen 2018 18:46:00 328 0

"Ailə TV" player cihaznın yeni modeli təqdim olunub

Televiziya xidmətləri operatoru Ailə TV, şirkətin İPTV xidmətindən istifadə üçün nəzərdə tutulmuş yeni Ailə TV Player cihazlarının satışına başlayıb.

Bakı. Televiziya xidmətləri operatoru Ailə TV, şirkətin İPTV xidmətindən istifadə üçün nəzərdə tutulmuş yeni Ailə TV Player cihazlarının satışına başlayıb. Şirkətdən Trend-ə verilən məlumata görə, yeni cihaz Ailə TV Player 3 adlanır və öncəki modellərdən fərqli olaraq bir-çox üstünlüklərə malikdir. Yeni Ailə TV Player cihazı öncəkilərdə olan çatışmamazlıqlar nəzərə alınaraq hazırlanıb və interaktiv televiziya xidmətlərindən istifadə üçün daha mükəmməl hesab olunur. Ailə TV Player 3 Android 7.1 əməliyyat sistemində çalışır və çoxnüvəli prosessorla təchiz olunub. Ailə TV-nin İPTV-xidmətindən istifadə üçün Ailə TV Player cihazından savayı minimum 2-3 Mbit/s sürətli internet bağlantısı tələb olunur, internet xidmətinin hansı provayder tərəfindən təqdim olunmasının heç-bir fərqi yoxdur.