Ermənistanda məmurlara növbəti cinayət işi açıldı


Dünya 05 Sen 2018 18:08:00 242 0

Ermənistanda məmurlara növbəti cinayət işi açıldı

Ermənistan Baş Prokurorluğu "Şimal-Cənub" avtodəhlizinin tikintisi zamanı baş vermiş vəzifə səlahiyyətlərindən sui istifadə və digər qanun pozuntuları ilə bağlı cinayət işi açıb.

Son.az report-a istinadən xəbər verir ki, baş vermiş qanun pozuntuları səbəbindən dövlət büdcəsinə 23,5 milyard dram (48,69 milyon ABŞ dolları) zərər dəyib. 

Baş Prokurorluq Ermənistanın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Şimal-Cənub avtodəhlizi" layihəsinin həyata keçirilməsi üzrə arayışlarını yoxlayan zaman müəyyən edib ki, səlahiyyətli şəxslər 2009-2018 illər ərzində əsassız şəkildə və araşdırma aparmadan layihənin həyata keçirilməsi və tikinti üzrə məsləhət xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələri dəfələrlə dəyişib, müqavilələrə səmərəsiz və əsassız işlər əlavə ediblər.