Təhsil Nazirliyi 1020 tələbənin köçürülməsinə razılıq verdi


Digərləri 05 Sen 2018 17:48:00 284 0

Təhsil Nazirliyi 1020 tələbənin köçürülməsinə razılıq verdi

Təhsil Nazirliyi tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən digərinə köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə prosesin nəticələrini açıqlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, bu il 1020 tələbənin köçürülməsinə razılıq verilib.

Yeni tədris ili üçün bakalavriatur səviyyəsi üzrə 914, magistratura səviyyəsi üzrə 6, orta-ixtisas təhsili üzrə 101 nəfərin sorğusuna müsbət cavab verilib.

Köçürülənlərdən 887 nəfəri yerli, 21 nəfəri isə xarici ali təhsil müəssisələrində təhsil alanlardır.