"Ölkə ərazisində tozdumanı müşahidə olunur"


Digərləri 05 Sen 2018 17:04:00 230 0

"Ölkə ərazisində tozdumanı müşahidə olunur"

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən bu gün ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olduğu məlum olub.

Nazirlikdən Son.az-a verilən məlumata görə, buna səbəb ölkə ərazisinə cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə saat 15:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 3,6 dəfə yuxarı olduğu qeydə alınıb.