Güzəştli mənzillərin satışı baş tutub - 324 mənzil seçilib


Digərləri 05 Sen 2018 16:33:00 262 0

Güzəştli mənzillərin satışı baş tutub - 324 mənzil seçilib

Satışı prosesinə 05.09.2018-ci il tarixində saat 15:00-da başlanılıb və mənzillərin seçimi uğurla başa çatdırılıb.

Bakı. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında güzəştli mənzillərin satışı prosesinə 05.09.2018-ci il tarixində saat 15:00-da başlanılıb və mənzillərin seçimi uğurla başa çatdırılıb. MİDA-dan Trend-ə verilən məlumata görə, satışa çıxarılan 324 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib.