1,4 milyard insan bu xəstəliklərdən öləcək


Digərləri 05 Sen 2018 16:01:00 275 0

1,4 milyard insan bu xəstəliklərdən öləcək

Ümumdünya Səhiyyə Təşkilatının (World Health Organization, WHO) son hesabatında vurğulanır ki, 1,4 milyard insan ürək-damar xəstəliklərindən, 2-ci tip diabetdən və xərçəngdən öləcəklər. Özü də onlar vaxtından əvvəl ölümün qurbanı olacaqlar.

Son.az The Lancet Global Health-ə istinadən bildirir ki, bu bəlanın səbəbi insanlarda fiziki aktivlik səviyyəsinin daim aşağı düşməsidir.

ÜST ekspertləri 186 ölkədə 18 yaşı tamam olmuş 1,9 milyard insan arasında sorğu keçiriblər.

Bəlli olub ki, hər 3 qadından və hər 4 kişidən biri fiziki aktivliyin arzuolunan fəallıq səviyyəsini nümayiş etdirmir.