Hakim şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxardı


Digərləri 05 Sen 2018 15:18:00 295 0

Hakim şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxardı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində idmançı Fəridə Əzizovanın evindən içərisində 35 000 manat və 18 800 dollar olan seyfi oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın məhkəməsi davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə baxış iclası davam etdirilib.

Hakim bildirib ki, cinayətdə iştirak etdiyi barədə şübhələr olan Aqşin adlı şəxs məhkəmə çağırışlarına cavab vermir. Şahid kimi tanınan Aqşin oğurluğu etməkdə ittiham olunan Nicatın dostudur. N.İsrafilov istintaqa ifadəsində oğurluğu Aqşinlə birgə törətdiyini və pulu böldüklərini deyib.

Onun məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarılsa da, polislər onu tapa bilməyib.