Sumqayıtda direktormüəllim


Digərləri 05 Sen 2018 14:58:00 211 0

Sumqayıtda direktormüəllim

Sumqayıt şəhər 5 nömrəli məktəbin ibtidai sinif müəllimi Müşkünaz İsmayılova çalışdığı təhsil müəssisəsinin direktorundan şikayətçidir.

Son.az xəbər verir ki, M. İsmayılova xeberle.com-a ünvanladığı müraciətdə bildirib ki, məktəbin direktoru Bəşir Şəfiyev yeni tədris ilində ona dərs saatı vermir: "Artıq 35 ildir bu məktəbdə çalışıram. Direktor məni sıxışdırır və dərs yükü ayırmır. Səbəb kimi Müəllimlərin Diaqnostik Qiymətləndirməsində az bal toplamağımı göstərir. Dərs bölgüsü dərs hissə müdiri tərəfindən deyil, bağlı qapı arxasında direktor tərəfindən aparılır. Direktor isə otağına məni buraxmır, təhqir edir və deyir ki, ara dərsləri apar.  Məni məcbur edir ki, şagirdlərdən pul yığım. Məktəbdə seminariyanı bitirən və qiymətləndirmədə də az bal toplayanlara sinif verilir. Ali təhsilli pedaqoqa, örnək götürüləsi müəlliməyə isə sinif verilmir. İstədiyi müəllimlərə 18-20 saat dərs yükü verib. Ali təhsilliyəm, ailəliyəm, 5 övladım var və şəhid bacısıyam".