"Toyota" 1 milyondan çox avtomobili geri çağırıb


Dünya 05 Sen 2018 14:58:00 301 0

"Toyota" 1 milyondan çox avtomobili geri çağırıb

Yaponiyanın "Toyota" şirkəti 1 milyondan çox avtomobili geri çağırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu qərar avtomobillərdə mühərrik naqillərinin tüstülənməsi və mümkün yanğın riskləri ilə bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, 1,03 milyon avtomobil, o cümlədən Yaponiyada 554 min, ABŞ-da 192 min "Prius" və C-HR modelləri geri çağırılır.