Braziliya muzeylərin təhlükəsizliyinə 6 milyon dollar ayıracaq


Dünya 05 Sen 2018 11:15:00 268 0

Braziliya muzeylərin təhlükəsizliyinə 6 milyon dollar ayıracaq

Rio-de-Janeyroda Milli Muzeyin, demək olar ki, bütün kolleksiyasının məhv olması ilə nəticələnən güclü yanğından sonra Braziliya hakimiyyəti ölkədə muzeylərin təhlükəsizliyinin təmin olunması, o cümlədən yanğına qarşı tədbirlərin gücləndirilməsi üçün 25 milyon real (6,1 milyon ABŞ dolları) ayırmaq qərarına gəlib.

Son.az Trend-ə istinadən xəbər verir ki, müvafiq maliyyə vəsaiti bu ay ərzində ayrılacaq. Gələcəkdə bu proqramda digər maliyyə qurumlarının iştirak edəcəyi istisna olunmur.