Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır


Digərləri 05 Sen 2018 08:44:00 203 0

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisas seçimi başa çatır

Bakı. 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, ixtisas seçiminə ümumi balı 30-dan, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar. Tam orta təhsil səviyyəsini Azər­baycan Respub­lika­sının ümumi təhsil müəs­­sisə­lə­rində cari ildə bitirən abituriyentlər mü­sabiqədə buraxılış imtahanında (11-ci siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. İxtisas seçimi 5 sentyabr saat 23:59-dək in­ter­net vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituri­yentlər qəbul olmaq istədikləri ixtisasları seçib on­ların kodlarını https://eservices.dim.gov.az/erizebak/ixtisas3/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər