Donald Tramp İrli Litsenbergeri ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təklif edib


Digərləri 05 Sen 2018 07:22:45 176 0

Donald Tramp İrli Litsenbergeri ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təklif edib

ABŞ prezidenti Donald Tramp İrli Litsenbergeri öz ölkəsinin Azərbaycandakı səfiri vəzifəsinə təklif edib

Bakı. ABŞ prezidenti Donald Tramp İrli Litsenbergeri öz ölkəsinin Azərbaycandakı səfiri vəzifəsinə təklif edib. Trend-in məlumatına görə, bu barədə Ağ Evin yaydığı məlumatda deyilir. Qeyd edilir ki, İrli Litsenberger karyeralı diplomatdır və hazırda Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə Büroda baş müşavir vəzifəsini tutur. İ.Litsenberger fransız, rus, serb və bolqar dillərini bilir. Bundan əlavə, D.Tramp Con Pommerşeymi ABŞ-ın Tacikistandakı səfiri vəzifəsində təklif edib. C.Pommerşeym karyeralı diplomatdır və hazırda ABŞ-ın Qazaxıstandakı səfirliyində işləyir. C.Pommerşeym rus, alman, yapon və çin dillərini bilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin