QədirXum seçimini inkar edənin başına göydən düşən daş


Digərləri 04 Sen 2018 23:45:00 322 0

QədirXum seçimini inkar edənin başına göydən düşən daş

Həzrət Peyğəmbər (s) Qədir-Xum səhrasında vilayəti elan etdikdən və İmam Əlinin (ə) əlini tutub qaldırdıqdan sonra Cabir ibni Nəzər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: "Ey Allahln Rəsulu! Bizə əmr etmisən ki, Allahın tək olduğunu və sənin rialsətini təsdiq edək. Həcci, zəkatı yerinə yetirək. Onların hamısını qəbul etmişik. Ancaq bu qədəri ilə kifayətlənməmisən. İndi Əli ibni Əbitalibi (ə), əmin oğlunu bizim hamımızdan üstün hesab edir və buyurursan: "Hər kimin mövlası mənəm, Əli (ə) də onun mövlasıdır. Bu dediklərin Allah tərəfindəndir, yoxsa öz tərəfindən?".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) cavabında buyurur: "O Allaha and olsun ki, Ondan başqa məbud yoxdur. Nə demişəmsə, Allahın əmri ilə olmuşdur".

Həmin şəxs bu cavabı eşidən zaman Həzrətə (s) arxasını çevirdi və getdi ki, dəvəsinə minsin. Yolda gedən zaman Allaha dedi: "Əgər (Muhəmmədin (s)) dedikləri haqdırsa, əmr et ki, göydən bizə daş yağsın, ya da bizə ağrılı əzab nazil olsun". O, hələ dəvəsinə minməmişdi ki, göydən bir böyük daş endi və onun başına dəyib, onu öldürdü.