Süd vəzi xərçəngi haqqında


Digərləri 04 Sen 2018 22:35:00 237 0

Süd vəzi xərçəngi haqqında

1. Süd vəzisi xərçəngi irsidirmi?

Bir çox qadının ailə anamnezində qan bağı olan bir qohumunda süd vəzisi xərçəngi olmuş ola bilər. Bunların çoxu sadəcə təsadüfdir.

Lakin əgər qadının ana və ya ata tərəfindən eyni qan bağı qolundan birdən çox süd vəzisi xərçəngi olan yaxını var, bu artıq ciddi sinqnaldır. Bu vəziyyətdə ailənin qadınlarının uzun zaman boyunca xərçəngə səbəb olan xəstə geni daşıması ehtimalı mümkündür.

Son.az Ailəvi sudvezixercengi.com-a istinadən bildirir ki, süd vəzisi xərçəngi, bütün süd vəzisi xərçəngləri arasında ancaq 5 % təşkil edir. Bu xəstə geni daşıyan ailələrdəki bütün qadınların qan analizləri ilə mövcud risklərinin qiymətləndirilməsi qoruyucu həkimlik baxımından önəmlidir.

Qısaca süd vəzisi xərçənglərinin kiçik bir hissəsi ailəvidir və əlbəttə irsi yolu ilə nəsildən nəslə keçir. Bu genetik keçidə yol açan genlərin tapılması nəticəsində məlum olmuşdur ki, bütün süd vəzisi xərçəngləri arasında yalnızca 5%-i ailədən keçir.

2. Kontraseptiv dərmanlar süd vəzisi xərçənginə səbəb olurmu?

Tədqiqatlar, kontraseptiv dərman istifadə edən qadınlarda, həyatında heç bir zaman istifadə etməyənlərlə müqayisə edildiyi zaman süd vəzisi xərçəngi riskinin bir az yüksəldiyini göstərmişdir. Ancaq bu risk dərmanın kəsilməsindən sonra dərhal azalır.

Son 10 il ərzində kontraseptiv dərman qəbul etməyən bir qadının riski normal səviyyəyə düşür. Kontraseptiv dərman istifadə etmək istəyən qadınların süd vəzisi xərçəngi baxımından digər riskləri də nəzərə alınmalı və dərmana başlamazdan əvvəl bu riskləri həkiminiz ilə birlikdə gözdən keçirməlidir.

3. Deodorantlar süd vəzisi xərçənginə səbəb olurmu?