Müəllimlərin işə qəbulu prosesində daha bir yenilik edildi VİDEO


Digərləri 04 Sen 2018 21:13:00 243 0

Müəllimlərin işə qəbulu prosesində daha bir yenilik edildi  VİDEO

Müəllimlərin müddətli müqavilə üzrə işə qəbulu prosesi ilk dəfə olaraq elektron qaydada həyata keçiriləcək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil məktəblərinə onlayn sənəd qəbulu sentyabrın 8-i və 9-da aparılacaq.

Bu məqsədlə müəllimlər miq.edu.az saytında şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Təhsil İşçilərinin Peşəkar İnkişafi Institutunun nəzdində Insan Resurslari Mərkəzinin rəhbəri Murad Camalzadə qeyd edib ki, işə qəbul zamanı müəllimlərin əvvəlki imtahanları nə zaman verdikləri də nəzərə alınacaq.