Yol polisləri turistlərlə xarici dildə ünsiyyət qururlar VİDEO


Digərləri 04 Sen 2018 21:06:00 309 0

Yol polisləri turistlərlə xarici dildə ünsiyyət qururlar  VİDEO

Artıq ölkə yollarında turistlər yol polisləri ilə rahat ünsiyyət qura bilirlər. Çünki get-gedə yol polisi əməkdaşları xarici dilləri öyrənməyə üstünlük verirlər. Belə yol polislərindən biri ötən gün reyd zamanı ərəb turistlə maraqlı dialoq qurub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, yol polisi sürücüyə əvvəlcə ''saxla'' işarəsi verib. Daha sonra isə yaxınlaşıb, özünü təqdim edib. Sürücünün əcnəbi olduğunu görən yol polisi ondan ingilis dilini bilib-bilmədiyini soruşub.

Yol polisi ilə əcnəbi sürücünün maraqlı dialoqu Baş Dövlət Yol Polisi İdarəsinin ''Saray'' postunda reyd zamanı çəkilib. Yol polisi serjantı Elvin Xankişiyev Səudiyyə Ərəbistanı Krallığı vətəndaşının sənədlərini yoxladıqdan sonra ona bəzi iradlar bildirib.

Sonda sürücüyə heç bir protokol tərtib edilmədən buraxılıb.

Elvin Xankişiyev deyir ki, ingilis dilini orta məktəbi oxuyarkən öyrənib. Daha sonra universitet illərində bir neçə il də kurslara gedib.