Nərimanovda sanitar vəziyyət yaxşılaşdırılır,


Digərləri 04 Sen 2018 21:08:00 239 0

Nərimanovda sanitar vəziyyət yaxşılaşdırılır,

Bakı şəhərinin sanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində işlərə başlanılıb. Artıq Nərimanov rayonu ərazisində deformasiyaya uğrayan zibil yeşiklərinin əsaslı şəkildə təmiri aparılır və rənglənir. Bu arada, rayon ərazisində qanusuz ticarətlə məşğul olanlara qarşı da tədbirlər görülür.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Nərimanov rayonu ərazisində deformasiyaya uğrayan zibil yeşikləri yenidən edilir və ya yenisi ilə əvəz olunur. Avqust-sentyabr ayı ərzində yararsız vəziyyətdə olan 280-ə yaxın zibil yeşikləri tam şəkildə təmir edilib.

Bundan başqa, Nərimanov rayon ərazisində qanunsuz küçə ticarəti ilə məşğul olanlara qarşı da tədbirlərə başlanılıb. Mənzil İstismar Sahələrinin əməkdaşları tərəfindən yol kənarlarında küçə ticarəti ilə məşğul olanlara xəbərdarlıqlar edilib.