Tələblərə əməl etməyən daş karxanaları bağlanılacaq


Digərləri 04 Sen 2018 21:09:00 291 0

Tələblərə əməl etməyən daş karxanaları bağlanılacaq

Qanunu sənədləri olmadan fəaliyyət göstərən və ekologiyaya zərər vuran daş karxanalarının sahiblərinə 45 gün vaxt verilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Abşeron yarımadasında fəaliyyət göstərən daş karxanalarının sahibkarları və istismarçılarının nümayəndələri ilə görüş keçirilib. Problemlərin aradan qaldırılması üçün onlara son xəbərdarlıq edilib.

Nazirlik tərəfindən qaydalara əməl etmədən fəaliyyət göstərən daş karxanaları barədə akt tərtib edilib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev bildirib ki, tələblərə əməl etməyənlərin fəaliyyət göstərməsinə icazə verilməyəcək.