Azərbaycana psixotrop maddələrin keçirilməsinin qarşısı alındı FOTO


Digərləri 04 Sen 2018 20:08:00 265 0

Azərbaycana psixotrop maddələrin keçirilməsinin qarşısı alındı  FOTO

Azərbaycan gömrükçüləri xeyli miqdarda psixotrop maddənin ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

DGK-dan Son.az-a verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan Respublikasının vətəndaşı Əbülfəz Abbasovun idarə etdiyi "Hyundai Accent" markalı, 10-RL-179 dövlət qeydiyyat nişanlı minik avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

Baxış zamanı xidməti it avtomobilin salonundakı ön panelin orta hissəsinə reaksiya verib. Sonra avtomobil əsaslı yoxlanılma üçün stasionar rentgen qurğusundan keçirilib. Bu zaman qurğunun monitorunda şübhəli cizgilər müşahidə edilib.

Daha sonra həmin avtomobil əsaslı yoxlanılıb. Nəticədə, avtomobilin salonunda, ön cihazlar panelinin içərisində, ön panelin orta hissəsində yerləşən maqnitofonun arxasındakı boşluqda - havalandırma sisteminin divarına yapışdırılmış şəkildə 3 ədəd sellofan bükümdə, ümumi xalis çəkisi 131,378 qram olan metamfetamin aşkar edilib.


Xəbərə aid fotolar