Türkiyənin Gəncə şəhərinə yeni baş konsulu təyin edilib


Digərləri 04 Sen 2018 15:48:00 210 0

Türkiyənin Gəncə şəhərinə yeni baş konsulu təyin edilib

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Türkiyənin Gəncə şəhərinə təyin edilmiş yeni baş konsulu Zəki Öztürkü qəbul edib.

Bakı. Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Türkiyənin Gəncə şəhərinə təyin edilmiş yeni baş konsulu Zəki Öztürkü qəbul edib. XİN-dən Trend-ə verilən məlumata görə, görüş əsnasında Zəki Öztürk baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib. P.Mirzəzadə Z.Öztürkə gələcək fəaliyyətində uğurlar arzu edib. Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətləri, bu əlaqələrin daha da inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin