Şahdağ Milli Parkında qanunsuz ov cəhdinin qarşısı alınıb


Digərləri 04 Sen 2018 15:04:00 262 0

Şahdağ Milli Parkında qanunsuz ov cəhdinin qarşısı alınıb

Şahdağ Milli Parkının Qəbələ bölməsi ərazisinə ov etmək məqsədilə daxil olan iki nəfər parkın əməkdaşları tərəfindən saxlanılıb.

Bakı. Samir Əli - Şahdağ Milli Parkının Qəbələ bölməsi ərazisinə ov etmək məqsədilə daxil olan iki nəfər parkın əməkdaşları tərəfindən saxlanılıb. Onlardan iki ov tüfəngi və 15 güllə götürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı qanun pozucularının Qəbələ rayonunun Abrıx kənd sakinləri Mahir Aşurov və Rafiq Abdullayev olduğu müəyyənləşib.