Dəniz piyadası və nəhəng hörümçək


Digərləri 04 Sen 2018 13:51:00 418 0

Dəniz piyadası və nəhəng hörümçək

Britaniyanın Kral Hərbi-Dəniz Piyadaları Korpusunun (Royal Marine) yeni reklam videosu sosial şəbəkələrdə sürətlə populyarlaşaraq fenomenə çevrilməkdədir.

Son.az bildirir ki, 60 saniyəlik reklam videosu Britaniyada 18 yaşına çatmış gəncləri "Royal Marine"də xidmətə sövq etməkdir.

Korpusun heyətinə qatılmaq üçün gərəkli səbr, dözüm və qətiyyətin gərəkli olduğunu vurğulayan videoda nəhəng tarantul pusqudakı britaniyalı dəniz piyadasının üzündə gəzir.

Çox təhlükəli hörümçəkdən qorxmayan hərbçinin üzündə bir əzələ də tərpənmir.


Xəbərə aid fotolar