Daha bir kəndə təbii qaz verilib


Digərləri 04 Sen 2018 13:06:43 211 0

Daha bir kəndə təbii qaz verilib

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən Şabran rayonunun Qorğan kəndinə ilk dəfə təbii qaz verilib.

Bakı. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Şabran rayonunun Qorğan kəndinə ilk dəfə təbii qaz verilib. İB-dən Trend-ə verilən məlumata görə, 101 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1941 metr polietilen boru ilə daşıyıcı, 10 521 metr müxtəlif diametrli metal borularla paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.