Əzizi üçün əncir puluyla ev tikən Əziz... VİDEO


Digərləri 04 Sen 2018 12:45:00 291 0

Əzizi üçün əncir puluyla ev tikən Əziz...  VİDEO

Deyirlər ki, insanların taleyi Adəmdən başlayırsa, geyimin də tarixi əncir yarpağından gəlir. Bəlkə də əncir ağacının qədimliyini yarızarafatla deyilən bu fikirdən daha gözəl ifadə etmək olmaz. Tarix dəyişsə də, hələ də bu ağacdan yarpağından kökünə kimi min bir dərdin dərmanı kimi istifadə olunur. 

Avqustun ortalarında artıq şirələnməyə başlayan bu meyvə günlər ötdükcə öz şirinliyinə "tab gətirə bilməyib" çatlayaraq sahibini gözləyir.

Kimsə ondan mürəbbə bişirir, kimsə vətəqələrə düzüb qurudur, kimisi isə "can dərmanı", - deyib aram-aram nuş edir. 

Son.az xəbər verir ki, qafqazinfo əncir mövsümündə yolumunu Maştağadan, məşhur Ləyiş bağlarından salıb.

Sübh 6-dan yol qırağına gətirilən vedrələr qısa müddətdə səliqəylə düzülmüş əncirlərlə dolur. 

Satıcılar isə məhsullarına tam güvənirlər: "Buyur, ye, dadına bax". 

"Bax bu, yeməyə yaxşıdır, apar ver uşaqlara, bundan isə mürəbbə bişir, düz süfrəyə, qışda mənə "sağ ol" de!"

Bura topdansatışdır. Gün ərzində 5-10 ton əncir gəlir, satılır. Qara, sarı, göy əncir var. Sarı əncir əsasən mürəbbə üçün alınır, qiyməti də 1 manatla 1.50 qəpik arasında dəyişir. Axşam bazarında hətta daha ucuz almaq olar. Qara əncirin qiyməti isə 2-4 manat arasındadır. 

Yolustü maşınlar dayanır, əncirlər dadılır. Yolu burdan düşənlər ya vedrələrlə, ya da elə sadə paketlərlə uşaqlarına bir-iki kilo əncir alıb aparırlar.

Satıcılar sadəcə məhsulunun şirinliyini tərif etmirlər, üstəlik onların arasında əncirinin keyfiyyətini göstərmək üçün loğmanlıq edənlər də var:

"Enerjini artırır, yüksək qan təzyiqini azaldır, immun sistemini gücləndirir. Ürək-damar xəstəliklərinin, serrozun bir nömrəli dərmanıdır. Qara əncir ye, gör qaraciyərində bir problem olurmu?! Qısası, bunu yeyənin ağrısı olmaz".


Xəbərə aid fotolar