"Qanunsuz iş görən din xadimlərinə heç bir güzəşt olmayacaq"


Digərləri 04 Sen 2018 12:10:00 318 0

"Qanunsuz iş görən din xadimlərinə heç bir güzəşt olmayacaq"

Aşura günündə və digər günlərdə dinə bir ləkənin gəlməməsinə çalışmaq lazımdır. Qanunsuz iş görən din xadimlərinə heç bir güzəşt olmayacaq. Hər şeyin müqəddəsliyi və qanun var.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Məhərrəm ayının başlaması ilə əlaqədar keçirilən tədbirdə deyib.

QMİ sədri deyib: "Aşura günü zamanı hər qazi hesabat verəcək. Ola bilsin, bəzi səhvlər olsun. Gələcəkdə bunları aradan qaldırmağa çalışacağıq. Moizələrin olduğu kimi oxunması mütləq deyil, amma məzmun və fikir itməməlidir".