Nazirlik MMCyə xəbərdarlıq etdi


Digərləri 04 Sen 2018 09:25:00 212 0

Nazirlik MMCyə xəbərdarlıq etdi

Qax Dövlət Təbiət Yasaqlığının yaxınlığında yerləşən Acınohur düzənliyinin bəzi ərazilərinin əkin üçün istifadə edilməsi ilə bağlı ceyranların yaşam vəziyyətinin öyrənilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sözügedən əraziyə yenidən baxış keçirilib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, baxış zamanı Acınohur ərazisinin dövlət fonduna aid kənd təsərrüfatına yararlı torpaq sahəsindən "Aqroinkişaf-2017" MMC-yə ayrılmış 7500 hektar sahənin az hissəsində tədqiqat məqsədilə şumlama işlərinin aparıldığı məlum olub.