Kompüter monitoru görmə itiliyinin itirilməsinə səbəb olur


Digərləri 03 Sen 2018 23:39:00 309 0

Kompüter monitoru görmə itiliyinin itirilməsinə səbəb olur

Kompüter monitoru arxasında saatlarla oturmaq müəyyən fəsadlara səbəb olur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, oftalmoloqlar quru göz sindromu, qıcıqlanma hissi, eləcə də bir sıra digər göz xəstəliklərinin yaranmasını bununla əlaqələndirirlər.

Alimlər müəyyən ediblər ki, göz üçün ekran şriftinin ən optimal ölçüsü 10-12 olmalıdır. İnsan gözü daha çox uzağa baxmağa, əşyaları işığın əks olunması şəraitində görməyə uyğunlaşıb. Kompüter monitoru işığı əks etdirmədiyindən zamanla gözün görmə itiliyinin itirilməsinə səbəb olur.