Tibbi xidmətlər əhali üçün daha əlçatan olacaq VİDEO


Digərləri 03 Sen 2018 22:35:00 263 0

Tibbi xidmətlər əhali üçün daha əlçatan olacaq  VİDEO

Yaxın beş ildə tibbi xidmətlər əhali üçün daha əlçatan olacaq. Yaşından, peşəsindən, işlədiyi yerdən və şəraitdən asılı olmayaraq, hər kəs icbari tibbi sığorta hesabına öz səhhətinin qayğısına qala biləcək.

Son.az bildirir ki, artıq icbari tibbi sığorta üzrə sığorta haqlarının məbləği də müəyyənləşib. Vətəndaşlar illik 120 manat ödəməklə bu sığorta növündən faydalanmaq imkanı qazanacaqlar. Ödənişin hissə-hissə edilməsi üçün də şərait yaradıla bilər.

İcbari tibbi sığorta ölkə ərazisində mərhələli şəkildə tətbiq ediləcək. Vahid sığorta haqqı müəyyənləşdirilsə də, bəzi kateqoriyadan olan şəxslər ödənişdən azad olacaqlar.