İki alan, sinifdə qalan, məktəbdən qovulan MƏŞHURLAR FOTO


Digərləri 03 Sen 2018 22:12:00 299 0

İki alan, sinifdə qalan, məktəbdən qovulan MƏŞHURLAR  FOTO

Təhsil çox vacibdir. Bu, hər kəsə məlum olan bir həqiqətdir.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, tarixdə iz buraxmış bir çox insan uşaq yaşlarında elə də güclü dərs oxumayıblar. Bu gün bəzi məşhurlar barədə məlumat veririk.

Məsələn, Anton Pavloviç Çexov gimnaziyada oxuyarkən iki dəfə sinifdə qalıb. Üçüncü sinifdə isə coğrafiya və cəbrdən iki alıb. Beşinci sinifdə isə yunan dilindən iki aldığı üçün sinifdə qalıb. Amma hazırda Çexovun əsərlərini çox adam oxuyub.

İngiltərənin sabiq baş naziri Uinston Çörçill güclü yaddaşa sahib olub. Amma məktəbdə çox pis oxuyub. O, sadəcə özünə maraqlı olan fənləri oxuyurdu. Valideynləri isə övladlarının təhsilsiz olacağından qorxurdular. Çörçil isə 1953-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı alıb.

Məşhur sovet şairi Vladimir Mayakovski aşağı siniflərdə əlaçı olub. Amma 5-ci sinifdən sonra məktəbi atıb. Onun kasıb ailəsi məktəb xərclərini ödəyə bilmirdi.

Ixtiraçı Tomas Edison məktəbdə bir neçə ay oxuduqdan sonra müəllimləri valideynlərini çağıraraq deyiblər ki, övladınızın heç bir qabiliyyəti yoxdur və onu məktəbdən çıxarın. Onun təhsili ilə anası məşğul olub. İllər sonra Tomas bütün dünyanı ixtiraları ilə şoka saldı.

Aleksandr Sergeyeviç Puşkin də litseydə iki ilə oxuyub. O, rus dilini, fransız dilini və tarixi yaxşı bilirdi. Cəbrdən isə heç bir anlayışı yox idi.

Onore de Balzak anasının sevmədiyi övladı olub. Madam Balzak varlı qocaya ərə gedib. İlk övladı bir aydan sonra vəfat edib. Bu səbəbdən ikinci övladı Onoreyə qarşı soyuq idi və süd anasına vermişdi. Məktəbdə çox pis oxuduğu üçün valideynləri onu bazar günləri evə aparmırdılar. Tənbəl və səfeh Onore tez-tez cəzalandırılırdı. O, pilləkənin altında oturub kitab oxumağa başladı.


Xəbərə aid fotolar