Nardaranda silahsursat aşkar olundu


Digərləri 03 Sen 2018 19:54:00 264 0

Nardaranda silahsursat aşkar olundu

Nardaran qəsəbəsi ərazisində silah-sursat aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisində selofan torbada 1 ədəd kustar üsulla hazırlanmış tapança, alışqanı olmayan "F-1" markalı əl qumbarası, içərisində 30 ədəd avtomat patronu olan daraq və beşbarmaq aşkar olunaraq götürülüb.