Azərbaycanda uşaqlar internetdə daha çox nə ilə maraqlanırlar?


Digərləri 03 Sen 2018 18:52:00 228 0

Azərbaycanda uşaqlar internetdə daha çox nə ilə maraqlanırlar?

"Kaspersky Lab" şirkətinin dünya üzrə məlumatına görə, bu yay uşaqlar sosial şəbəkələrdə ünsiyyətə deyil, video-məzmun və musiqiyə üstünlük veriblər. Bununla belə, ən məşhur portallar "Facebook" və "YouTube" olub.

Son.az xəbər verir ki, şirkətdən Trend-ə verilən məlumata görə, yay aylarında "Netflix", "Spotify", "Soundcloud" və "iTunes" platformaları maraq doğurublar. Lap balacalar isə "Nickelodeon", "Cartoon Network" və "Disney Channel" kanallarına üstünlük verib və Spanç Bob ("SpongeBob SquarePants") haqqında multfilimləri izləyiblər.

Artıq neçənci ildir ki, yeniyetmələr arasında rep musiqi janrı daha populyardır, məktəblilər digər repçilərə nisbətən əsasən "XXXTentacion" haqqında məlumat axtarıb və onun mahnılarını digərlərindən daha çox dinləyiblər.

Azərbaycanda proqram təminatı, video və musiqi yer alan saytlara daxil olan gənc istifadəçilərin payı 35,4% təşkil edib. Bundan başqa, yayda uşaqlar onlayn alış-veriş və xəbər resursları ilə daha çox maraqlanıblar: məsələn, BBC, CNN və "BuzzFeed". Bu dövrdə Azərbaycanda xəbər saytlarına daxil olan uşaqların payı praktik olaraq 6,5% təşkil edib.

Arzuedilməz məzmuna gəldikdə isə, "Kaspersky Lab"ın məlumatına görə, məktəblilər alkoqol, tütün və narkotiklərlə bağlı veb-resurslara az daxil olublar. Azərbaycanda bu cür saytlara daxil olan uşaqların payı 4%-dən aşağı olub.