Gəncədə 18 yaşlı qız itkin düşdü


Digərləri 03 Sen 2018 18:12:00 234 0

Gəncədə 18 yaşlı qız itkin düşdü

Gəncə şəhərində gənc qız itkin düşüb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, Gəncə şəhəri, Tereşkova küçəsi 51, ev 33-də yaşayan, 1972-ci il təvəllüdlü Aynur Həsənova ərizə ilə Kəpəz rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, sentyabrın 2-də səhər saatlarında onunla birlikdə yaşayan 2000-ci il təvəllüdlü Lətifə Canpolad qızı Həsənova evdən çıxıb və bir daha geri qayıtmayıb.