Tehranda OANA İcraiyyə Komitəsinin 43cü iclasının rəsmi açılışı olub


Digərləri 03 Sen 2018 17:44:00 302 0

Tehranda OANA İcraiyyə Komitəsinin 43cü iclasının rəsmi açılışı olub

Sentyabrın 3-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 43-cü iclasının rəsmi açılış mərasimi keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, iclasda İranın İRNA Dövlət Agentliyinin baş direktoru Seyid Ziya Haşemi, bu ölkənin mədəniyyət və islami irşad naziri Abbas Salehi, AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanov və Bolqarıstanın BTA Agentliyinin baş direktoru, 2019-2022-ci illərdə Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edəcək Maksim Minçev çıxış etdilər.

Sonra İcraiyyə Komitəsinin sessiyası işə başladı.

Sessiyada Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Sergey Mixaylov, baş direktorun birinci müavini Mixail Qusman, Vyetnamın VNA Xəbər Agentliyinin baş direktoru Nguyen Duk Loi, Qətərin QNA Agentliyinin baş direktoru Yusif İbrahim əl-Maliki, həmçinin Türkiyənin Anadolu, Cənubi Koreyanın Yonhap, Çinin Sinxua, Yaponiyanın Kyodo, Monqolustanın MONTSAME, Bəhreynin BNA, İndoneziyanın ANTARA və Malayziyanın Bernama agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Qurumun baş katibi Vüqar Seyidovun moderatorluğu ilə keçən işçi iclasda AZƏRTAC tərəfindən OANA-nın işinin təkmilləşdirilməsi istiqamətində irəli sürülən təkliflər müzakirə edildi. Müzakirələr zamanı bir sıra agentliklər bu təkliflərin OANA-nın işinin səmərəliliyini artıracağına əminliklərini bildirdilər, onların qəbul olunmasına razılıqlarını ifadə etdilər.


Xəbərə aid fotolar