Azərbaycanda uşaqlar internetdə daha çox nə ilə maraqlanmağa başlayıblar


Digərləri 03 Sen 2018 16:47:00 220 0

Azərbaycanda uşaqlar internetdə daha çox nə ilə maraqlanmağa başlayıblar

“Kaspersky Lab” şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb

Bakı. “Kaspersky Lab” şirkətinin dünya üzrə məlumatına görə, bu yay uşaqlar sosial şəbəkələrdə ünsiyyətə deyil, video-məzmun və musiqiyə üstünlük veriblər. Bununla belə, ən məşhur portallar “Facebook” və “YouTube” olub. Şirkətdən Trend-ə verilən məlumata görə, yay aylarında “Netflix”, “Spotify”, “Soundcloud” və “iTunes” platformaları maraq doğurublar. Lap balacalar isə “Nickelodeon”, “Cartoon Network” və “Disney Channel” kanallarına üstünlük verib və Spanç Bob (“SpongeBob SquarePants”) haqqında multfilimləri izləyiblər. Artıq neçənci ildir ki, yeniyetmələr arasında rep musiqi janrı daha populyardır, məktəblilər digər repçilərə nisbətən əsasən “XXXTentacion” haqqında məlumat axtarıb və onun mahnılarını digərlərindən daha çox dinləyiblər. Azərbaycanda proqram təminatı, video və musiqi yer alan saytlara daxil olan gənc istifadəçilərin payı 35,4% təşkil edib. Bundan başqa, yayda uşaqlar onlayn alış-veriş və xəbər resursları ilə daha çox maraqlanıblar: məsələn, BBC, CNN və “BuzzFeed”. Bu dövrdə Azərbaycanda xəbər saytlarına daxil olan uşaqların payı praktik olaraq 6,5% təşkil edib.