Gündə 2 saat yatırdı, corab geyinməyə nifrət edirdi...


Digərləri 03 Sen 2018 16:18:00 309 0

Gündə 2 saat yatırdı, corab geyinməyə nifrət edirdi...

Son.az tarixə adını yazdıran şəxsiyyətlərin bilinməyən qəribə vərdişləri haqqında xəbər verir.

Salvador Dali

İspaniya rəssamı, heykəltəraşı, filosofu və rejissoru, təsviri incəsənətdə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri olan Dalinin bəzi qəribəlikləri var idi. Belə ki, bir dəfə o, ağacda oturaraq müsahibə verib. Bəzən isə dərs deyərkən üzgüçülük geyimi geyinən Dali, bununla öz şüuraltına daha əlçatan olduğunu iddia edirdi.

Nikola Tesla

Serb əsilli Amerika futuroloqu, maşın mühəndisi, ixtiraçı Nikola Teslanın həmişə yediyi yeməkləri saymaq kimi qəribə adəti vardı. Bundan başqa o, xəstəliklərdən qorxduğu üçün tez-tez əllərini yuyardı. Sadəcə 2 saat yatan ixtiraçı, bütün işlərini bitirməyi və heç birirni yarımçıq qoymağı sevmirdi.

Pablo Pikasso

Məşhur ispan qrafiki, rəssamı, heykəltəraşı Pikassonun tam adı Pablo Dieqo Xose Fransisko de Paula Xuan Nepomuseno Mariya de los Remedios Sipriano de la Santisima Trinidad Martir Patrisio Ruiz i Pikassodur. O, evində ağ göyərçinlər saxlayırdı. Çox sevdiyi tüfəngini isə əsərlərini almağa gələn alıcılara yaxın yerdə saxlayırdı ki, qiyməti çox aşağı sala bilməsinlər.