Türkiyə sularından gəmilərin keçmə şərtləri dəyişdi


Dünya 03 Sen 2018 10:48:00 270 0

Türkiyə sularından gəmilərin keçmə şərtləri dəyişdi

Türkiyə ərazi sularından gəmilərin keçmə şərtlərini dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, dəyişikliyə əsasən, hərbi yük daşıyan gəmilərin hamısına mütləq şəkildə hərbi status veriləcək.

Bundan başqa, statusundan asılı olmayaraq bütün gəmilər körpülərə 100 metrdən artıq yaxınlaşa bilməyəcək.

Başqa bir dəyişikliyə əsasən, hər hansı problem yaranacağı təqdirdə Türkiyə Sahil Mühafizəsi üzən gəmilərin kapitanının icazəsi olmadan birbaşa insidentə müdaxilə edə biləcək.