Qanuni maqnat: O, Rusiyada tərəvəz kralı oldu FOTO


Digərləri 02 Sen 2018 23:51:00 422 0

Qanuni maqnat: O, Rusiyada tərəvəz kralı oldu  FOTO

Rusiyanın "Lenta.ru" nəşri oğrular - cinayətkar aləmin generalları haqqında silsilə yazılarını davam etdirir. XX əsrin əvvəllərində meydana çıxan oğrular tezliklə SSRİ-də və daha sonra Rusiyada baş verən cinayətlərin başında dayandılar. Bundan öncəki yazılarda nəşr rus, gürcü və erməni "qanuni oğrular" haqqında məqalələr yayımlamışdı. 

Bu mövzu ilə bağlı son məqalə azərbaycanlı kriminal avtoritet Lənkəranski ləqəbi ilə tanınan Rövşən Canıyev barəsində olub.

Son.az oxu.az-a istinadən bildirir ki, o, Rusiyada tərəvəz sahəsində maqnat idi və bütün bazarları özünə tabe etdirmişdi. Buna görə də, onun çox sayda düşməni ortaya çıxdı və onlar azərbaycanlı avtoritetə qarşı bir neçə dəfə sui-qəsd təşkil etmişdilər. Sonda isə muzdlu qatilin gülləsi Canıyevi İstanbulda yaxaladı...

"Lenta.ru"da dərc olunan yazını sizə təqdim edirik:

Arzular hara aparır

Rövşən Canıyev (Lənkəranski) 1975-ci il yanvarın 27-də Azərbaycanın Lənkəran şəhərində doğulub. Onun anası evdar xanım, atası isə polis əməkdaşı olub. Rövşən atası ilə fəxr edirdi və onun yolu ilə getmək istəyirdi. Ancaq həyat bu planlarda öz düzəlişlərini etdi. 

Canıyevlər ailəsinin başçısı yerliləri arasında böyük avtoritetə sahib idi, onun prinsipiallığı və cəsarəti hər kəsə bəlli idi. Bunlardan 90-cı illərdə Azərbaycanda fəaliyyətə başlayan cinayətkar qrupu da xəbərdar idi. Bu canilər polislərə müxtəlif yollarla pul təklif edirdi ki, əməllərinə göz yumsun. Razılaşmadıqda isə onları hədələyirdilər. Ancaq Rafiq onlara boyun əymədi. 

Cinayətkarlara dəmir barmaqlıqlar arxasına düşmək sərf etmirdi, ona görə də onlar radikal addımlar atmalı oldu: 1992-ci ildə Rafiq pusquya salındı və öldürüldü. Həmkarları Rafiqi öldürənlərin saxlanılacağını bildirdilər və 1996-cı ildə bunu etdilər. Tezliklə muzdlu qatil məhkəmə qarşısına çıxarıldı. Məhkəmə prosesində qatil özünü çox rahat hiss edirdi: o əmin idi ki, tezliklə azadlığa çıxacaq. 

Rövşən Canıyev uşaqlıqda

Qatil hətta o qədər irəli getdi ki, proses zamanı Canıyevin ailə üzvlərini təhdid etməkdən belə çəkinmədi: "Azadlığa çıxanda hamınızı qətlə yetirəcəm". Bu, onun sonuncu sözü olub - 21 yaşlı Rövşən cibindən silah çıxardaraq, qatilə bir neçə dəfə atəş açıb: 4 güllə yarası alan qatil hadisə yerində keçinib. Qisasçı isə dərhal saxlanıldı və həbsxanaya salındı. 

Kovboy stilində

Bir müddət sonra həmin zalda Rövşən Canıyevin məhkəmə prosesi keçirildi. Vəziyyəti nəzərə alaraq, hakimlər Canıyevə 2 il müddətində azadlıqdan məhrum edilmə cəzasını verdi. Beləliklə, Rövşən ilk dəfə həbsxanaya düşdü. Onun polis oğlu və quldurun qatili olmasına baxmayaraq, "zek"lər onun hərəkətini qiymətləndirdilər və Rövşənə toxunmadılar. 

1998-ci ildə azadlığa çıxan Rövşən hüquq-mühafizə orqanlarında işləmək ümidindən vaz keçdi: həbs həyatına görə polis orqanlarında onun işləməsi mümkün deyildi. Kriminal aləm isə onu heç bir problemsiz öz sıralarına qəbul etdi: yeni qanunlarla yaşamağı Canıyev iki ilik həbs həyatında öyrənmişdi. Kriminal dairələrdə o, Lənkəranski ləqəbini qazandı. 

Kriminal avtoritet Kəramət Məmmədovla mübahisəsi az qala Rövşənin həyatına bahasına başa gələcəkdi. Düşmənlərin görüşü 2000-ci ildə Bakıda baş tutdu. Lənkəranski 4 il əvvəl məhkəmə zalında etdiyi hərəkəti təkrarladı: cibindən silahı çıxardı və düşməninə atəş açmağa başladı. Ancaq Məmmədovun mühafizəçiləri cəld tərpənərək, Canıyevin silahını aldı və onu ölümcül döydü. Lənkəranski ağır kəllə-beyin travması ilə xəstəxanaya çatdırıldı. Döyülmədən sonra həkimlər avtoritetdə psixoloji pozuntular qeydə aldılar. 

Bu səbəbdən o, həbsxana həyatından canını qurtara bildi: ona qarşı qanunsuz silah saxlama maddəsi ilə ittiham olundu və müalicə üçün psixiatriya klinikaya göndərildi, Lənkəranski isə tezliklə buradan qaçdı. Azərbaycanda qalmaq təhlükəli idi - avtoritet bu səbəbdən Moskvaya yollandı. O, bunu vaxtında etdi, Moskvaya getməsindən bir neçə gün sonra Lənkəranski haqqında axtarış elan edildi. 

Tərəvəz kralı 

Rusiyaya gələn kimi Lənkəranski azərbaycanlı kriminal aləmin başçısı Mirseymur Abdullayev (Seymur Nardaranski) ilə görüşdü. 2001-ci ildə Abdullayevin dəstəyi ilə Lənkəranski onun və çeçen avtoritet Artık Dabçayev (Artik) tərəfindən taclandırıldı.

Artık Dabçayev

Canıyevin "Xaç atalarının" taleləri kədərli oldu: həm Artik, həm də Seymur Nardaranski 2003-cü ilin müxtəlif aylarında muzdlu qatil tərəfindən öldürüldü. Seymurun gecə klublarından birində qətlə yetirilməsindən sonra Lənkəranski onun yerini tutdu və etnik kriminal qruplara rəhbərlik etməyə başladı. 

Mirseymur Nardaranski 

Yeni ad ona yeni imkanlar yaratdı. Lənkəranski istənilən düşmənini aradan götürməyi bacaran muzdlu qatil qrupu yaratdı. Həmin qrupun ilk tapşırığı Peterburqdakı azərbaycanlı qruplaşmasının lideri Elçin Əliyev oldu. Bir müddət sonra Lənkəranski Əliyevin qətlində şübhəli bilinərək, həbs edildi. Ancaq ona qarşı kifayət qədər sübut olmadığı üçün avtoritet azadlığa buraxıldı. 

Bununla yanaşı Lənkəranskinin düşmənləri durmadan artırdı, çünki o, demək olar ki, Rusiyada bütün tərəvəz biznesini öz əlinə almışdı. Məlumdur ki, Lənkəranskinin Yekaterinburqdan illik gəliri on milyonlarla rubl idi.

Eyni zamanda, azərbaycanlı 

Oğru müharibəsi asayiş keşikçiləri Lənkəranskini tutmaq ümidini itirmirdilər və 2008-ci ildə onlar bunu bacardılar: ukraynalı həmkarlardan "qanuni oğru"nun Kiyevə gəlməsi xəbəri daxil oldu. O, 40 sutka müddətinə həbs edildi və ekstradisiya ilə bağlı sənədlərin hazırlanmasına başlanıldı: Ancaq avtoritetin hüquqşünasları müdafiə etdikləri şəxsə qaçqın statusu aldılar və sübut etmək istəyirdilər ki, guya Lənkəranski vətənində repressiyaya məruz qalıb. 

Qısası, bir il sonra - 2009-cu ilin dekabrında Ukrayna Daxili İşlər Nazirliyi Lənkəranskini Azərbaycana göndərdi. 

Prokurorluğun qanunsuz silah saxlama maddəsi ilə 12 il həbs cəzası istəməsinə baxmayaraq, Lənkəranskiyə 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası verildi. Məlum olub ki, Lənkəranski istintaq müddətində verilən cəzanı baş vurub və buna görə avtoritet azadlığa buraxıldı. 

O, vətəndə qalmadı və Moskvaya geri qayıtdı. Orada Lənkəranskinin Rusiya kriminal aləminin başçısı Aslan Usoyan (Ded Xasan) ilə mübahisəsi yarandı. 

Ehtimallara görə, Xasan 2010-cu ildə Tverskaya küçəsində ona qarşı təşkil olunan sui-qəsddə Lənkəranskini günahkar hesab edirdi. Hadisə baş verən gün Lənkəranski Moskvadan gəldiyi Kiyev vağzalında polis əməkdaşları tərəfindən saxlanıldı. 

Aslan Usoyan

Münaqişənin pik nöqtəsi 2011-2012-ci illərdə oldu. Həmin müddətdə Lənkəranski Xasanın nəzarətində olan Biryulyovo tərəvəz bazasını əlinə keçirmək istəyirdi. Məlumatlara görə, bu bazadan illik gəlir 9 milyard rubla bərabər idi. Bu münaqişə zamanı 2012-ci ilin payızında ilk olaraq, Xasanın təhlükəsizlik rəhbəri İlqar Cəbrayılov (Danabaş) aradan götürüldü. Bununla Lənkəranski Xasana göstərdi ki, istədiyi vaxt onu məhv edə bilər.

Ülgüc üzərində


Xəbərə aid fotolar