Ağstafada avtomobil piyadanı vurub


Digərləri 02 Sen 2018 22:23:00 241 0

Ağstafada avtomobil piyadanı vurub

Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə rayonun Poylu kəndində baş verib.

Yolu keçmək istəyən piyada avtomobil tərəfindən vurularaq ağır xəsarət alıb. O, yaxınlıqdakıların köməyi ilə xəstəxanaya aparılıb. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.