Bu əməlin sahibi qiyamət günü “Yaxşıların Ağası” adını alar


Digərləri 02 Sen 2018 20:10:00 274 0

Bu əməlin sahibi qiyamət günü “Yaxşıların Ağası” adını alar

"İlahi kiçik vaxtı mənə rəhm etdikləri kimi sən də onlara rəhm et", "İlahi məni, valideynlərimi və möminləri hesab və qiyamət günündə əfv et" və sair ayələr ata-analara edilən dualardır. Bu duaların edilməsini Quran bizə tövsiyə edir. Baxmayaraq ki onlar artıq həyatda deyillər. Lakin bu Quranın və peyğəmbərin əmridir ki, insan öldükdə ona bir neçə şey qalar. Onlardan biri də əməli-saleh övladın duasıdır.

İmam Baqir (ə) buyurur: "Övlad ata-anasına dirilik dövründə yaxşılıq etməlidir. Hər kim onlar ölüb getdikdən sonra borclarını ödəməyib, onlara əfv diləmirsə Allah bu şəxsləri Aq-valideyn yazacaq."

İslam dinində ata və ananın qəza etdiyi namazlarının böyük oğlunun öhdəsinə vacib bir əməl kimi qoyulması da , islamın valideynlərə verdiyi dəyəri göstərir.

Hədislərə əsasən övlad ata və ana üçün heç olmasa vaxtaşırı müstəhəb əməllər həyata keçirərək, onları ehsan etməli və onlar barədə dualar deməlidr.