Sumqayıtda yol qəzası: 4yaralı


Digərləri 02 Sen 2018 19:38:00 227 0

Sumqayıtda yol qəzası: 4yaralı

Sumqayıtda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Son.az "Report"a istinadən bildirir ki, şəhər ərazisində iki avtomobilin toqquşması nəticəsində 1-i qadın, 3-ü kişi olmaqla, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar - 1952-ci il təvəllüdlü Zahidova Reyhan Eldar qızı, 1990-cı il təvəllüdlü Yusufov Cavid Yusif oğlu, 1984-cü il təvəllüdlü Yaqubov Bağı Eldar oğlu, 1970-ci il təvəllüdlü Hacıyev İldırım Alişan oğludur. Yaralılar xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, xəsarət alanlardan 3-ü Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.