“Allaha yardım edin” ayəsində məqsəd nədir?


Digərləri 02 Sen 2018 19:40:00 266 0

“Allaha yardım edin” ayəsində məqsəd nədir?

Allah Təala barəsində etiqad və əqidəmiz budur ki, Allah yeganədir, misli yoxdur ki Onu nəyəsə bənzədək.  O qüdrət və qüvvət sahibidir. Hətta bütün qudrətlilərin qudrəti Ondandır. Bəs bu ayədəki " Əgər Allaha yardım etsəniz" ifadəsindən məqsəd nədir?

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, Qurani Kərim ayələri, hətta yüksək idrakla deyilmiş peyğəmbər (ə) və imam (ə) kəlamları belə  təfəkkür və dərin düşüncə istəyir. Bu kimi kəlamlar təkcə tərcümə ilə kifayət etmir. Öz ardıyca düşüncə və təhlil istəyir.

Bu səbəbdəndir ki, tərcümə ilə kifayətlənən bəziləri ayələrdən irad tutmağa çalışır. Hətta bu ayəni əldə bayraq edib nöqsan axtarırlar. Əllamə Məhəmməd Hüseyn Təbatəbai bu ayənin təfsirində (açıqlamasında) buyurur:

"Bu ayə möminləri Allah yolunda mübarizəyə təhrik edir və onlara kömək, qələbə vədə verir. " Allaha köməkdən " məqsəd Allah yolunda cihad və mübarizədir. Həmçinin məqsəd Allah dininin və haqq kəlmənin ucaldılmasıdır. Cihadda məqsəd təkcə o deyil ki, döyüşüb şücaət və hünər göstərəsən, qənimətlər əldə edəsən. (Məqsəd Allahın dinini və haqq kəlmə olan la ilahə illəllahı yayasan).

Həmçinin "Allah da sizə yardım edər" ayəsindən məqsəd  Allah sizin üçün qələbə təmin edər deməkdir.