Biznes qurmaq istəyənlərə


Digərləri 02 Sen 2018 19:15:00 220 0

Biznes qurmaq istəyənlərə

Hal-hazırda əksər insanlarda belə bir fikir formalaşıb ki, biznesə başlamaq üçün külli miqdarda vəsait lazımdır. Əslində isə biznesmenlərin əksəriyyəti öz bizneslərinə başlayarkən cəmi 1000 ABŞ dolları məbləğində kiçik bir vəsaitə sahib olduqlarını bildirirlər.

Son.az banco.az-a istinadən bildirir ki, siz də onların sırasına qoşulmaq istəyirsinizsə, aşağıdakı məsləhətləri diqqətdən qaçırmayın.

1. Biznes qurmaq üçün ilk növbədə ideya olmalıdır. İdeya dedikdə insan beynində formalaşan hər hansı adi bir fikir nəzərdə tutulmur. Bu ideya sizdə işləmək həvəsi yaratmalı və sizi öz ardınca apara bilməlidir.

2. Yaradacağınız biznesin maliyyə perspektivlərini müəyyən edin.

3. Biznes qurmaq planınız barədə heç kimə məlumat verməyin. Sadəcə, işə başlayın.

4. İlk sifarişinizi qəbul edin - bu, sizin doğru yolda olduğunuzun göstəricisidir.

5. Hər bir müştəri ilə yaxından maraqlanın, onun üçün daha nə edə biləcəyinizi düşünün.