Somalidə güclü partlayış baş verib:


Dünya 02 Sen 2018 18:03:00 193 0

Somalidə güclü partlayış baş verib:

Somalinin paytaxtı Moqadişoda terrorçu-intiharçı inzibati binanın nəzarət-buraxılış məntəqəsi qarşısında idarə etdiyi avtomobili partladıb.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, partlayış nəticəsində 3-ü nəzarət-buraxılış məntəqəsində avtomobili saxlayan hərbçi olmaqla 6 nəfər həlak olub, 14 nəfər isə yaralanıb.

Bildirilir ki, xəsarət alanların 6-sı uşaqdır.