Danimarka sahillərində Rusiya gəmisi saxlanılıb


Dünya 02 Sen 2018 14:25:01 234 0

Danimarka sahillərində Rusiya gəmisi saxlanılıb

Yük gəmisinin göyərtəsində 19 dənizçi var

"Murmansk Dəniz Gəmiçilik" ASC-yə məxsus (Rusiya) "Novaya Zemlya" yük gəmisi Skaqen burnu yaxınlığında Danimarka hökuməti tərəfindən saxlanılıb.

“Report” xəbər verir ki, Beynəlxalq Nəqliyyatçılar Federasiyasının (BNF) Rusiyadakı əlaqələndiricisi Sergey Fişov qurumun Danimarkadakı müfəttişinə istinadən gəmidə 19 dənizçinin olduğunu məlumat verib.

Gəminin heyət üzvləri barədə məlumat yoxdur.

Onun sözlərinə görə, bununla yanaşı digər ölkələrin sahillərində də Rusiya gəmiləri saxlanılıb.

"Bu həmin mübahisəli əmək münaqişələridir, onların həllinə BNF-nin bütün dünya üzrə müfəttişləri cəlb olunub. Söhbət azı 80 dənizçidən gedir ki, gəmi sahibinin günahı səbəbindən acınacaqlı vəziyyətə düşüblər. Təəssüf ki, BNF nümayəndələri qeyd edirlər ki, "Murmansk Dəniz Gəmiçiliyi" onlarla əlaqə yaratmağa həvəssiz yanaşır, çox vaxt rəhbərliyin böhran vəziyyətindən çıxmaqla bağlı planlarına dair sorğularına məhəl qoymur", - deyə o bildirib.