Bakıda daşınmaz əmlak bazarında artım bərpa olunub


Digərləri 02 Sen 2018 11:00:00 231 0

Bakıda daşınmaz əmlak bazarında artım bərpa olunub

Bakıda daşınmaz əmlak bazarında artım bərpa olunub.

Bakı. Ənvər Məmmədov - 2018-ci ilin iyul ayında Bakıda daşınmaz əmlak bazarında qiymətlər iyun ayı ilə müqayisədə 2,06 faiz artıb. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. Ekspertin sözlərinə görə, ötən ay ərzində bahalaşma ticarət obyektləri bazarı istisna olmaqla bütün seqmentlərə təsir edib: “Belə ki, bir ay ərzində ilkin mənzil bazarında qiymətlər 0,28 faiz, təkrar mənzil bazarında 0,1 faiz, torpaq bazarında 3,71 faiz, fərdi evlər və bağ evləri bazarında 2,64 faiz artıb. Mənzil kirayəsi 3,98 faiz, kommersiya obyektlərinin icarəsi 1,32 faiz bahalaşıb. Kommersiya obyektləri bazarında isə qiymətlər iyun ayında 0,26 faiz azalıb”.