"Şimali Koreya ilə aramızdakı inamsızlığa son qoymaq üçün addım atmaq istərdim"


Dünya 02 Sen 2018 09:12:00 259 0

"Şimali Koreya ilə aramızdakı inamsızlığa son qoymaq üçün addım atmaq istərdim"

Yaponiya ABŞ-KXDR sammiti fonunda, öz növbəsində, Pxenyanla etibarlı münasibətlərin qurulmasında irəliləyiş əldə etmək istəyir.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bunu ölkənin baş naziri Sindzo Abe "Sankei" qəzetinə müsahibəsində deyib.

Abe bildirib: "Mən ABŞ və Şimali Koreyanın sammitindən sonra Yaponiya və Şimali Koreya arasında inamsızlığa son qoymaq üçün addım atmaq istərdim".