Rusiya Aralıq dənizinə girdi: ABŞa


Dünya 01 Sen 2018 22:27:00 226 0

Rusiya Aralıq dənizinə girdi: ABŞa

Bu gün Rusiya tarixində ilk dəfə Aralıq dənizində donanma və hava qüvvələrinin iştirakı ilə hərbi təlimlərə başlayır.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, hərbi ekspert Dmitri Gorenburq bu təlimi, ABŞ-ın bölgədəki hərəkətlərinə verilən bir cavab hesab edir. Bölgədə ABŞ-ın Suriyanı vurmaq gücünə malik ən az 2 sualtı gəmisi mövcuddur. Rusiyanın hərbi təlimlərində isə sualtı gəmilərdən müdafiə məsələləri də yer alır. Bunun özü ABŞ-a cavab xarakteri daşıyır.

Hərbi ekspert bölgədə hansı qüvvələrin çox olmasının bir əhəmiyyət daşımadığını söyləyib: "Hazırda ABŞ Suriyadan qoşunlarını və təchizatını çıxarır və belə bir vəziyyətdə Vaşinqtonun qəfil hücum təşkil edəcəyini proqnozlaşdırmaq qəribə olar. Ağ Evdə Suriya strategiyası ilə bağlı fikir ayrılığı var. ABŞ prezidenti Donald Tramp Suriyadakı hərbi mövcudluğu azaltmaq istəyir, ancaq hakimiyyətdəki bəzi rəsmilər isə hərbi mövcudluğun davam etməsinin lazım olduğuna inanır".