Ceyranbatanda su kanalı antisanitariya mənbəyinə çevrilib


Digərləri 01 Sen 2018 21:26:00 348 0

Ceyranbatanda su kanalı antisanitariya mənbəyinə çevrilib

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində su kanalı natəmiz yerə çevrilib. Suya atılan tullantılar qalaq-qalaq yığılıb və ətrafi üfunət basıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, suvarma kanalı qəsəbənin içindən keçdiyindən, belə vəziyyət vətəndaşları ciddi narahat edir.

Ərazidə yaşayan sakinlər deyirlər ki, kimin əlinə nə keçirsə, bura atır. Fərdi yaşayış evlərinin çirkab suları da həmin suvarma kanalına axıdılır. Kanal vaxtı-vaxtında təmizlənmədiyindən ətrafı üfunət basır. Ən acınacaqlısı budur ki, kanal Ceyranbatan qəsəbəsinin içindən, evlərin və iaşə obyektlərinin bir metrliyindən keçir.

Vətəndaşlar kanalın vaxtında təmizlənməsini istəyirlər.


Xəbərə aid video