Alma pestisidlərdən necə təmizlənməli?


Digərləri 01 Sen 2018 20:49:00 271 0

Alma pestisidlərdən necə təmizlənməli?

Almanı sadəcə su ilə yuduqda, onun qabığından olan kimyəvi maddələr təmizləmir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, göbələk və böcək əleyhinə istifadə edilən fərqli pestisidlərin alma üzərində təsirini araşdırmaq istiqamətində bir sıra tədqiqatlar aparılıb. Araşdırmalardan məlum olub ki, bu zəhərli maddələrdən xilas olmağın yeganə yolu meyvənin, o cümlədən almanın qabığını soymaqdır. Lakin bu halda qabıqda olan qidalandırıcı vitaminlər də yox olur. Bu məqsədlə mütəxəssislər lazımi vitaminləri meyvənin üzərində saxlamaq üçün ən optimal üsulun, onu sodalı və ya sirkəli su ilə yumaq olduğunu bildiriblər.