"Azərsu": Sukanalizasiya xidmətinin qiyməti maya dəyərindən 2 dəfə aşağıdır


Digərləri 01 Sen 2018 20:17:00 350 0

"Azərsu": Sukanalizasiya xidmətinin qiyməti maya dəyərindən 2 dəfə aşağıdır

Qurum yeni infrastruktur layihələrinin tikintisi, həmçinin, mövcud qurğuların təmiri ilə bağlı Master Plan işləyib hazırlayıb

"Azərsu" ASC aktiv şəkildə yeni su kəmərlərinin və kanalizasiya sistemlərinin tikintisi sahəsində investisiya fəaliyyəti ilə məşğuldur, müntəzəm olaraq dövlətdən maddi yardım alır.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə qurumun 2017-ci ilin yekunlarına dair maliyyə hesabatında qeyd olunub.

Sənəddə həmçinin deyilir ki, səhmdar cəmiyyətinin əməliyyat zərərləri, əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti və dövriyyə vəsaitlərində çatışmazlıq olub. Buna əsas səbəb Tarif (Qiymət) Şurasının müəyyən etdiyi tariflərin su-kanalizasiya xidmətlərinin maya dəyərindən aşağı olmasıdır.